Ermənistana gələn rus turistlərin sayı azalıb

16 Noyabr 2024 13:55 (UTC+04:00)

Bu il Rusiyadan Ermənistana gələn turistlərin sayı azalıb. SİA “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistanın Turizm Komitəsinin rəhbəri Lusine Gevorkyan deyib.

Gevorkyan qeyd edib ki, azalmanın obyektiv səbəblərindən biri İrəvanda və digər şəhərlərdə itaətsizlik aktlarına səbəb olan daxili siyasi hadisələrdir.

O, həmçinin bildirib ki, subyektiv amillər kimi əcnəbilər üçün mənzil və yataqxanaların kirayəsinin şişirdilmiş qiymətlərini də qeyd etmək olar.