Acun Ilıcalı "Maribor" klubunu alıb

16 Noyabr 2024 10:56 (UTC+04:00)

"Fənərbaxça"nın vitse-prezidenti və İngiltərə çempionatında çıxış edən "Hall Siti"nin sahibi Acun Ilıcalı futbol klublarına sərmayə qoymağa davam edir. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən yay keçirilən “Fənərbaxça” konqresində Ali Koç yenidən sarı-göylülər klubunun prezidenti seçildikdən sonra klubun vitse-prezidenti olan və İngiltərə çempionatının komandalarından “Hall Siti”nin sahibi olan Acun Ilıcalı, futbol klublarına sərmayə qoymağa davam edir.

“Fənərbaxça”nın vitse-prezidenti Acun Ilıcalının sahibi olduğu “Acun Medya”nın “Maribor” klubunun səhmlərinin 74%-ni rəsmən satın aldığı açıqlanıb. Bu alışdan sonra klubun idarə heyətində 4 ad olacaq və bu şəxslərdən 3-ü Acun Media təmsilçisi olacaq. Yüzdə 74-ü Acun Ilıcalının şirkəti olan Acun Medyanın aldığı “Maribor” 29 xalla Sloveniyanın yüksək liqasında 2-ci yerdədir. "Maribor" lider "Lyublyana"dan 3 xal geri qalır.