"Ölkəmiz COP29-a hazırlıqlar zamanı bəzi dövlətlər və media platformaları tərəfindən qərəzli və əsassız ittihamlarla, dezinformasiya kampaniyaları ilə üzləşib". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin spikeri Sahibə Qafarova deyib.
O bildirib ki, bu fəaliyyətlərdə az sayda milli parlamentlər və parlamentlərarası təşkilatlar da öz acınacaqlı rolunu oynayıblar: "Bəziləri ümumi çağırışlar qarşısında dialoqun, əməkdaşlığın və həmrəyliyin gücünü unudurlar. Həm də onlar hələ də başa düşmürlər ki, kritik əhəmiyyətinə görə iqlim dəyişikliyi məsələsi onların dar maraqlarını və siyasi motivli ambisiyalarını nümayiş etdirmək üçün platforma ola bilməz. Bu xoşagəlməz hallara baxmayaraq, COP29 uğurla başladı və işini uğurla davam etdirir".