İİTKM-də Qlobal Beyin Mərkəzləri Forumu keçirilib - FOTOLAR

16 Noyabr 2024 10:42 (UTC+04:00)

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Asiya İnkişaf Bankı (AİB), Asiya İnkişaf Bankı İnstitutu (AİBİ) və Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı İnstitutu (CAREC Institute) ilə birgə Qlobal Beyin Mərkəzləri Forumu keçirib. SİA xəbər verir ki, “Qlobal yaşıl iqtisadiyyat: İqlim fəaliyyəti, maliyyələşdirməvə innovasiya” (Global Green Economy: Climate Action, Financing and Innovation) mövzusunda təşkil olunan Forumda T20 şəbəkəsinə daxil olan və qlobal miqyasda ən nüfuzlu beyin mərkəzlərinin nümayəndələri, alimlər, dövlət qurumlarının rəsmiləri, özəl sektor təmsilçiləri, QHT-lər vədigər maraqlı tərəflər iştirak ediblər.

Forum çərçivəsində yaşıl iqtisadiyyat modeli - iqtisadi inkişafı ətraf mühitin qorunması ilə uyğunlaşdıraraq davamlı inkişafın təmin edilməsi modeli mühüm müzakirə predmeti olub. Forum iştirakçıları karbon emissiyalarının azaldılması, bərpa olunan enerji mənbələrinin genişləndirilməsi, yaşıl maliyyə mexanizmlərinin tətbiqi və iqlim dəyişikliklərinə uyğunlaşma tədbirlərinin vacibliyini vurğulayıblar.

Qlobal Beyin Mərkəzləri Forumu ölkələr arasında dialoqu təşviq etməklə iqlim dəyişikliyinin təsirlərinin daha yaxşıanlaşılmasına və Paris Sazişinin icrasını dəstəkləyən tədbirlərin təşviqinə töhfə verməyi qarşıya hədəf qoyub. Forum Azərbaycanın COP29 çərçivəsində qlobal arenada nüfuzunun artırılmasına və beynəlxalq beyin mərkəzləri şəbəkəsi daxilində ölkənin strateji mövqeyinin gücləndirilməsinə mühüm töhfə verib.

Forum iki əsas sessiyadan ibarət olub. Forumun “Davamlılığa aparan qlobal yollar: təsirlərin azaldılması, uyğunlaşma və enerji keçidi” (Global Pathways to Sustainability: Mitigation, Adaptation, and Energy Transition) mövzusunda keçirilən birinci sessiyası, qlobal iqlim hədəflərinə nail olmaq üçün enerji keçidləri, uyğunlaşma strategiyaları və innovativ siyasətlərə həsr olunub. “Qlobaliqlim dayanıqlılığı üçün yaşıl maliyyə: Strategiyalar vəinnovasiyalar” (Green Finance for Global Climate Resilience: Strategies and Innovations) mövzusunda keçirilən ikinci sessiyada yaşıl istiqrazlar, dayanıqlı investisiya mexanizmlərivə maliyyə sektorunun iqlim məqsədlərinə töhfəsi müzakirə edilib.

Bu tədbir iqlim dəyişikliyi ilə mübarizə, yaşıl iqtisadiyyatın inkişafı və qlobal əməkdaşlığın gücləndirilməsi baxımından mühüm platforma rolunu oynayıb. Forum iştirakçıları tərəfindən iqlim məqsədlərinin həyata keçirilməsində beyin mərkəzlərinin rolunu artırmaq üçün təkliflər irəli sürülüb. Tədbir, həmçinin, Azərbaycanın yaşıl iqtisadiyyatın inkişafı və iqlim dəyişikliyinə qarşı qlobal səylərə verdiyi töhfəni bir daha nümayiş etdirib.

Forumda Asiya İnkişaf Bankı (AİB), Asiya İnkişaf Bankı İnstitutu (AİBİ) və Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı İnstitutu (CAREC Institute) ilə yanaşı, "Brookings Institutions", İtaliyanın Beynəlxalq Münasibətlər İnstitutu (IAI), Braziliya Beynəlxalq Münasibətlər Mərkəzi (CEBRI), BMT Universitetinin Ətraf Mühit və İnsan Təhlükəsizliyi İnstitutu, Stokholm Ətraf Mühit İnstitutu, Su və İqlim Dəyişikliyi üzrəAsiya Platforması, Cənubi Afrika Beynəlxalq Münasibətlər İnstitutu, Qazaxıstan-Britaniya Texniki Universiteti, Kral Abdullah Neft Araşdırmaları və Tədqiqat Mərkəzi (KAPSARC) kimi nüfuzlu qlobal beyin mərkəzlərinin rəhbər heyəti iştirak ediblər.