Azərbaycan yığması ikinci oyununu keçirəcək

16 Noyabr 2024 10:32 (UTC+04:00)

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində bu gün ikinci oyununu keçirəcək. SİA xəbər verir ki, VI qrupda yer alan komanda Yunanıstan yığması ilə üz-üzə gələcək.

Rumıniyanın “Tunari” stadionunda təşkil olunacaq qarşılaşmanı moldovalı baş hakim idarə edəcək. Matç Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Avropa çempionatının seçmə mərhələsi

VI qrup

16 noyabr

14:00. Yunanıstan - Azərbaycan

Baş hakim: Yon Orlik (Moldova).

"Tunari" stadionu.

Qeyd edək ki, İlham Yadullayevin baş məşqçisi olduğu U-17 ilk oyunda Macarıstana 0:4 hesabı ilə məğlub olub.