Milli Məclisdə 2025-ci il üçün Dövlət Sosial Müdafiə Fondunun büdcəsi, "Yaşayış minimumu haqqında", "Ehtiyac meyarı haqqında" qanun layihələrinin müzakirələrinin başladığı gün məlum olub. SİA-ya parlamentin Əmək və sosial siyasət komitəsindən verilən məlumata görə, müzakirələr adıçəkilən komitədə noyabrın 21-də başlayacaq.
Xatırladaq ki, noyabrın 18-də parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsinin müzakirələri başlayacaq.