Əmtəə bazarlarında qızıl daha da ucuzlaşıb

16 Noyabr 2024 09:34 (UTC+04:00)

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 0,11% azalaraq 2 570,1 ABŞ dollarına bərabər olub. SİA birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti də 0,45% azalaraq 30,43 ABŞ dollarına bərabər olub.