Ukraynanın PUA hücumları davam edir

16 Noyabr 2024 02:46 (UTC+04:00)

Bryansk vilayəti üzərində Ukraynaya məxsus 4 pilotsuz uçuş aparat ələ keçirilib. SİA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi özünün "Telegram" kanalında məlumat yayıb.

Məlumata görə, bölgəyə təyyarə tipli PUA-larla hücum edilib. Onlar növbətçi hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.

Bu, noyabrın 15-də axşam saatlarında Ukraynanın hücumuna məruz qalan tək bölgə deyil. Belə ki, Ukrayna Silahlı Qüvvələrinə məxsus PUA Belqorod vilayətinin Şebekino şəhərində yaşayış binasına hücum edib.

Hava hücumundan müdafiə sistemləri Oryol vilayətində də PUA hücumunun qarşısını alıb. Ukrayna Kursk bölgəsinə isə bir saat ərzində 15 PUA göndərib.