Rusiya Federasiyası Qırğızıstana müraciət edib

15 Noyabr 2024 21:55 (UTC+04:00)

Rusiyanın Qırğızıstandakı səfirliyi respublikanın hakimiyyət orqanlarını Omurbek Abdıraxmanovun millətlərarası nifrət əlamətlərinin ola biləcəyi ifadələrini öyrənməyə çağırıb.

SİA-nın əldə etdiyi məlumata görə, TASS xəbər verir ki, Rusiyanın Qırğızıstandakı səfirliyi Qırğızıstan hakimiyyətini qırğızdilli mətbuatda “ruslardan mədəniyyət, elm və texnologiya ola bilməz” deyən keçmiş deputatın açıqlamalarına diqqət yetirməyə çağırıb.

Rusiya diplomatik missiyası narahatlığını ifadə edərək, bu cür bəyanatların tarixi həqiqəti təhrif etdiyini və etnik ədavəti qızışdıra biləcəyini vurğulayıb.

Əli Babayev