“Mercedes” və “BMW” avtomobilləri Rusiyaya qayıdır?

15 Noyabr 2024 21:27 (UTC+04:00)

...SİA-nın dünən də yazdığı kimi, Alman avtomobil istehsalçıları Rusiyaya yalnız bir şərtlə qayıda biləcəklər. ...Dövlət Dumasının deputatı Nikolay Arefiyev bildirib ki, Almaniyanın “Mercedes” və "BMW" avtomobil istehsalçıları anti-Rusiya sanksiyaları qaldırılacağı təqdirdə Rusiya bazarına qayıda biləcəklər.

Onun sözlərinə görə, bu şərt yerinə yetirilmədikcə geri qayıtmaq onlar üçün sərfəli olmayacaq.

Siyasətçi hesab edir ki, ABŞ-da keçirilən prezident seçkilərindən sonra Rusiya ilə münasibətlərin istiləşməsi mümkündür və bu, bir sıra sanksiyaların aradan qaldırılmasına töhfə verə bilər.

...Mən düşünmürəm ki, məhdudiyyətlər uzun müddət davam edəcək, çünki ABŞ və Avropanın iqtisadiyyatı onlardan əziyyət çəkir, yəqin ki, Rusiyadan da çox. Əlbəttə, müəyyən sanksiyalar hələ də qalacaq, lakin bir çoxunun ləğvi mümkündür.

Bunu da Arefiyev deyib.

Əli Babayev