“Zelenskinin günləri bitdi, parıltısını itirdi, heç kim pul verməyəcək...”

15 Noyabr 2024 20:55 (UTC+04:00)

...Amerika lideri Cozef Baydenin administrasiyası ilə birlikdə Vladimir Zelenski Ukrayna prezidenti postunu tərk edəcək.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, keçmiş Amerika kəşfiyyatçısı Toni Şaffer Judging Freedom YouTube kanalında onun tezliklə istefasını proqnozlaşdırır.

...Zelenskinin günləri bitdi, parıltısını itirdi, heç kim pul verməyəcək, bitdi.

Bunu deyən keçmiş kəşfiyyatçı qeyd edib ki, Ukrayna lideri əsas dəstəyi Bayden administrasiyasından alıb, ona görə də ABŞ-a yeni seçilmiş prezident Donald Tramp başçılıq edəndə Zelenski də gedəcək.

Bundan əvvəl britaniyalı ekspert Aleksandr Merkuris Ukrayna hərbçilərinin Zelenskini vəzifəsindən uzaqlaşdırmaq istədiyini və ona cəbhədəki vəziyyətlə bağlı qəsdən yalan məlumat verdiyini bildirib.

O əlavə edib ki, Zelenski cəbhədəki vəziyyətlə bağlı neqativ məlumatları qavramaq iqtidarında deyil.

Əli Babayev