...Bu arada “Rossiya Seqodnya” DİN-in baş direktorunun müavini və Rusiya Təhlükəsizlik Şurası yanında elmi şuranın üzvü Aleksandr Yakovenko ABŞ-ın seçilmiş prezidenti Donald Trampın siyasətinin nə ola biləcəyindən danışıb.
SİA xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Yakovenkonun sözlərinə görə, Trampın yeni müddəti sərt xarici siyasətlə, həmçinin “güclü mövqedən” çıxışı ilə seçiləcək.
Bununla yanaşı, ekspert əmindir ki, rusiyalı diplomatların da belə yanaşmaya ehtiyacı olacaq. Bununla belə, nəşrin həmsöhbəti də hesab edir ki, Trampın siyasəti hələ də hazırkı prezident Cozef Bayden administrasiyasının siyasətindən daha sağlam düşüncəyə yaxın olacaq.
...Trampın sərt xarici siyasət yürüdəcəyinə şübhə yoxdur. Ehtimal ki, güclü mövqedən, lakin azaldılmış resurslarla.
Bunu da rusiyalı deyib.
Yakovenko həmçinin əlavə edib ki, Trampın kadr ehtiyatında ABŞ-ı əvvəlki əzəmətinə qaytarmaq ideyasını reallığa çevirmək fürsətini gözləyən “minlərlə və ya on minlərlə” tərəfdarı var.
Əli Babayev