COP29 dünya üçün olduqca önəmli hadisədir.
SİA-nın əldə etdiyi məlumata görə, bunu müsahibəsində Tailand Milli Ali Təhsil Elmi Tədqiqatları və İnnovasiya Siyasəti Şurasının (NXPO) İdarəsinin Davamlılıq siyasəti departamentinin direktoru Saravanee Singtong deyib.
Tailandlı iştirakçı qeyd edib ki, COP29-da müzakirələrdə qoyulan problemlərin həll olunacağına, əməkdaşlıqlar qurulacağına, qarşıya qoyulan məqsədlərə çatmaq üçün konkret addımlar atılacağına inanır: “Bundan əlavə, ilk dəfə şəhərinizə gəlməyimə baxmayaraq buraya çox valeh oldum. Buranın dadlı yeməkləri, gülərüz insanları var”.