“Biz enerji keçidi dövründə investisiyalara tələbat olduğunu görürük"

15 Noyabr 2024 19:36 (UTC+04:00)

Burada nazir müavini ilə birlikdə olmaqdan və Amerikanın uğurla davam edən COP29-a dəstəyini vurğulamaqdan böyük məmnunluq duyuram. Azərbaycan ABŞ-ın onilliklər ərzində gördüyü bir çox işin və enerji sahəsində çoxsaylı müzakirələrin mərkəzində olub.

SİA xəbər verir ki, bunu ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyatt (Geoffrey Pyatt) COP29 çərçivəsində SOCAR-ın təşkilatçılığı ilə keçirilmiş “İstehsaldan daha çoxu: Enerji keçidi məqsədlərinə nail olmaq üçün infrastrukturun yaradılması” mövzusunda sessiyada deyib.

“Biz enerji keçidi dövründə investisiyalara tələbat olduğunu görürük. Təmiz enerji iqtisadiyyatına investisiya ABŞ-da il ərzində təxminən yarım trilyon dollara yaxındır”, - deyə ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi bildirib.