Azərbaycanın 3 cüdoçusu Polşanın Pila şəhərində keçirilən U-23 Avropa çempionatında finala yüksəlib.
SİA xəbər verir ki, qadınlar arasında Aydan Vəliyeva (52 kiloqram) və Fidan Əlizadə (57 kiloqram), kişilərdən isə Hüseyn Allahyarov (60 kiloqram) qızıl medal uğrunda mübarizə aparacaq.
Həlledici görüşlərdə A.Vəliyeva ispaniyalı Ayumi Leyva Sançesi, F.Əlizadə gürcüstanlı Nina Loladzeni, H.Allahyarov polşalı Yakub Kurovskini sınağa çəkəcək. Yarımfinalda uduzan Rüfət Şövlətov (73 kiloqram) isə bürünc medal qarşılaşmasında bolqarıstanlı Dimitar Qospodinovla üz-üzə gələcək.
Qeyd edək ki, noyabrın 17-dək davam edəcək yarışda Azərbaycan 15 cüdoçu ilə təmsil olunur.