Türkiyə Fələstin dövlətinin elan edilməsi münasibətilə 36-cı ildönümünü təbrik edib.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Xarici İşlər Nazirliyi Fələstin dövlətinin elan edilməsinin 36-cı ildönümünü qeyd edən mesaj yayımlayıb.
Nazirliyin sosial media hesabında yer alan paylaşımda “Paytaxtı Şərqi Qüds olan müstəqil, suveren və coğrafi baxımdan inteqrasiya olunmuş Fələstin Dövlətinə dəstəyimiz davam edir” deyilib.
Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Fələstin dövlətinin elan edilməsinin 36-cı ildönümü ilə bağlı mesaj yayımlayıb.
Kurtulmuş sosial media hesabında paylaşım edərək deyib: “Fələstin Dövlətinin elan edilməsinin 36-cı ildönümünü ən səmimi hisslərimlə təbrik edir, keçmişdən bu günə qədər azad Fələstin məsələsinin bütün şəhidlərini rəhmətlə yad edirəm. Türkiyə olaraq fələstinli qardaşlarımızın öz vətənlərində, paytaxtı Qüds olan və müstəqil Fələstin dövləti çətri altında azad və müstəqil yaşamaları üçün hər zaman yanlarında olacağıq".