Bu ilin yanvar-oktyabr aylarında fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı 90 min 128 vahid və ya 4,49 faiz artaraq 2 milyon 99 min 537 vahid təşkil edib. Bu barədə SİA-ya Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətindən məlumat verilib.
Qeydə alınan sığortaedənlərin sayı hüquqi şəxslər üzrə 14 min 835, fiziki şəxslər üzrə 66 min 117, torpaq mülkiyyətçiləri üzrə isə 9 min 176 vahid artıb.