Azərbaycanın və Braziliyanın beyin mərkəzləri əməkdaşlığı dərinləşdirir

15 Noyabr 2024 11:53 (UTC+04:00)

Bildiyimiz kimi, COP30 Braziliyada keçiriləcək. Biz də artıq Braziliyanın düşüncə mərkəzləri ilə sıx əməkdaşlığa başlamışıq. SİA xəbər verir ki, bu sözləri “Qalıq yanacaqlardan keçid: Çətinliklər və "Troyka" ölkələrində iqlim fəaliyyətləri üçün imkanlar” mövzusunda keçirilən tədbirdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev söyləyib.

Neft-qaz sahəsinin Azərbaycanın və Braziliyanın iqtisadiyyatının əsas elementi olduğunu deyən Fərid Şəfiyev bugünkü tədbirdə karbohidrogen enerji mənbələrindən alternativ enerji mənbələrinə keçid məsələlərinin müzakirə ediləcəyini diqqətə çatdırıb.