Qızıl ucuzlaşdı, gümüş bahalaşdı

15 Noyabr 2024 09:43 (UTC+04:00)

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 0,04% azalaraq 2 572 ABŞ dollarına bərabər olub. SİA birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti də 0,09% artaraq 30,6 ABŞ dollarına bərabər olub.