Son bir həftədə 48 terrorçu zərərsizləşdirilib

14 Noyabr 2024 20:25 (UTC+04:00)

Terrorla mübarizə həm ölkə daxilində, həm də sərhəddən kənarda qətiyyətlə davam edir.

SİA-nın əldə etdiyi məlumata görə, Milli Müdafiə Nazirliyi həftəlik mətbuat konfransında terrorla mübarizə ilə bağlı son məlumatları paylaşıb.

Son bir həftədə 48, ilin əvvəlindən bəridir Suriyanın şimalında 2505 PKK/YPG terrorçusu İraq və Suriyanın şimalında zərərsizləşdirilib.

Terror təşkilatı PKK-dan qopmalar da davam edir.

Ötən həftə daha bir PKK terrorçusu təslim olub.