Türkiyədə mənzil satışları artır.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, son 2 ilin ən yüksək satış rəqəmləri oktyabr ayında qeydə alınıb.
Türkiyə daxilində mənzil satışları oktyabr ayında bir əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 76,1 faiz artdı.
Ötən ay 165 min 138 mənzil satılıb.
Mütəxəssislər mənzil satışlarında artımın ilin sonuna qədər davam edəcəyini bildiriblər.