Con Healey Ankaraya rəsmi səfərə gəlib

14 Noyabr 2024 17:53 (UTC+04:00)

Böyük Britaniyanın müdafiə naziri Con Healey rəsmi görüşlər keçirmək üçün Ankaraya gəlib.

SİA-nın əldə etdiyi məlumata görə Milli müdafiə naziri Yaşar Gülər ​​britaniyalı həmkarını Milli Müdafiə Nazirliyində mərasimlə qarşılayıb.

Hərbi mərasimdən sonra təkbətək görüş keçirilib.

İkitərəfli görüşdən sonra nümayəndə heyətləri arasında keçirilən görüşə Gülər ​​və Healey sədrlik edib.

Danışıqlar zamanı Türkiyənin “Eurofighter” qırıcı təyyarəsi tədarükü də müzakirə olunub.