"Bakı çox gözəl və təmiz şəhərdir" - Matilda Amara

14 Noyabr 2024 13:46 (UTC+04:00)

“Çox xoşbəxtik ki, COP29-a gəlmişik. Bakı çox gözəl və təmiz şəhərdir”. SİA xəbər verir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransında (COP29) xarici nümayəndə Matilda Amara deyib.

O bildirib ki, fürsət tapdıqca şəhəri gəzib görürlər: “Sizin ölkə çox gözəldir. Hər yerdən tarix ətri gəlir. Hətta növbəti dəfə də gəlməyi planlaşdırıram desəm, yalan olmaz. Konfransa gəldikdə isə təşkilatçılıqdan məmnunuq. Evimizdə kimi hiss edirik”.

Ayşən Vəli