...Rusiya Silahlı Qüvvələrinin komandirləri tabeliyində olan əsgərləri “göz qırpmadan” kütləvi şəkildə “ət hücumlarına” göndərirlər. Məhz elə buna görə də, rus ordusu böyük itkilər verməkdədir.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, rus hərbçiləri sıralarında gərginlik gündən-günə artır.
Qeyd edək ki, bu barədə Rusiyanın Z-hərbi müxbiri Maksim Kalaşnikov açıq şəkildə danışıb.
Maraqlıdır ki, o, Rusiya Federasiyasının işğalçı ordusunda iğtişaşlar olacağını istisna etməyib.
...İnsanları ölümə göndərirlər... Rus səlahiyyətliləri onlara istehlak materialı, xammal kimi baxırlar. Orduda bu proseslərə son qoyulmasa, linçlər başlayacaq. İnsanlar, xüsusən də müharibə zamanı belə rəftara dözə bilməzlər.
Qeyd etdiyimiz kimi, bunu Z-təbliğatçısı Maksim Kalaşnikov bildirib.
Əli Babayev