...Ukraynaya təklif olunan danışıqların şərtləri real deyil; Kiyev ərazi güzəştlərinə getməyə hazır deyil.
SİA TASS-a istinadən xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenskinin ofisinin rəhbəri Mixail Podolyak Kiyevin münaqişəni sülh yolu ilə həll etməkdən imtina etdiyini bir daha bəyan edib.
...Rusiya Federasiyasının heç bir danışıqlar prosesinə girmək niyyəti yoxdur. Onlar ultimatum tələblərində israr etməkdə davam edirlər, yəni Ukrayna təkcə öz ərazisini deyil, həm də subyektivliyini itirməlidir. Bu, tamamilə əxlaqsız görünür.
Bunu Ukraynalı müşavir bildirib.
O əlavə edib ki, Ukraynanı sülh yolu ilə nizamlanma naminə güzəştə getməyə məcbur etmək cəhdləri qəbuledilməzdir.
Bundan əvvəl Kiyevin Donald Trampın ABŞ prezident seçkilərində qələbəsindən narahat olduğu məlum olub. Amerika mətbuatının yazdığına görə, Ukrayna 2025-ci ilin yanvarında Trampın inauqurasiyasından sonra hərbi dəstəyin mümkün azalmasından ehtiyat edir.
Əli Babayev