Rusiyalı deputat Polşaya təhlükə barədə xəbərdarlıq edib..?

13 Noyabr 2024 21:03 (UTC+04:00)

...Rusiya Dövlət Dumasının deputatı Aleksey Çepa Lenta.ru ilə söhbətində xəbərdarlıq edib ki, Polşa ərazisində Amerikanın Raket Hücumundan Müdafiəsi (BMD) bazasının yerləşdirilməsi, ilk növbədə, Polşanın özü üçün təhlükə yaradır.

O, izah edib ki, söhbət regionda gərginliyin artmasından gedir.

...Əgər amerikalılarla bağladığımız və onların geri çəkildiyi müqavilələrimiz işləsəydi, onda biz onların birbaşa pozulmasından danışmış olarıq. Çünki qüvvələr balansı var, müəyyən sayda buraxılış qurğuları, döyüş raketləri, onların parametrləri yazılmışdı. Əlavə olaraq nəsə ediləndə bu, güc balansını dəyişir və biz belə təhlükələrə qarşı nəsə etməyə məcbur oluruq, - deyə siyasətçi izah edib.

...O vurğulayıb ki, Rusiya Polşa tərəfinin bu cür hərəkətlərinə cavab addımları atmalı olacaq. Cepa bunun Polşa üçün təhlükə yarada biləcəyi barədə də xəbərdarlıq edib.

...Çünki bir şey olarsa, sərhədimizə yaxın olan bu bazanı məhv edəcəyik. O, Polşa ərazisində olduğundan ölkə mütləq zərər görəcək, - deputat bildirib.

Əli Babayev