...Ukraynanın Luqansk vilayətinin Svatovo şəhəri yaxınlığında daha bir yüksək rütbəli rus zabiti, 19-cu tank alayının komandiri, “Pioner” çağırış nişanı ilə tanınan polkovnik Yevgeni Ladnov məhv edilib. Onun artilleriya atəşi nəticəsində öldüyü bildirilir.
SİA-nın məlumatına görə, bu barədə Dialoq yazır.
İddialara görə, Ladnov qəddar komandir kimi şöhrət qazanmışdı: tabeliyində olanlar onu dəstələr təşkil etməkdə və ölüm ehtimalı yüksək olduğuna görə əsgərlər arasında “ət” hücumları kimi tanınan təhlükəli hücumlarda iştirak etməkdən imtina edən əsgərləri güllələməkdə ittiham edirdilər.
“O, necə qəhrəmandır? O, qatildir! - Ruslar onun ölümü ilə bağlı yazıya şərh verirlər.
Bu xəbər 5-ci briqadanın komandiri Pavel Klimenkonun Donetsk yaxınlığında müəmmalı ölümündən az sonra ortaya çıxdı, o, həm də əsgərlərinə qarşı zorakılıq tətbiq etməklə və onları qəsdən təhlükəli tapşırıqlara göndərməklə məşhur idi.
Əli Babayev