...Hindistanın Bharat Dynamics Limited (BDL) şirkəti və Rusiyanın Rosoboroneksport şirkəti Qoada əməkdaşlıq memorandumu imzalayıb.
SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə BDL-nin mətbuat xidməti məlumat yayıb.
Memorandum Hindistan silahlı qüvvələrinin maraqları naminə “Pantsir” zenit-raket kompleksinin (ZRPK) modernləşdirilmiş versiyasının birgə hazırlanmasına yönəlib.
Pantsir hava hücumundan müdafiə sistemi 1990-cı illərin ortalarında hazırlanmışdır.
Kompleks hərbi və mülki hədəflərin hava hücumu silahlarından yaxın məsafədən qorunması üçün nəzərdə tutulub.
Hava hücumundan müdafiə raket sistemi çoxkanallı hədəfin əldə edilməsi və izlənilməsi sistemi ilə təchiz edilib. Pantsir-S1 arsenalına 12 57E6 zenit raketi və iki 2A38M qoşa lüləli 30 mm-lik top daxildir.
Əli Babayev