Finlandiya Rusiya ilə sərhədi açmaqdan imtina etdi

13 Noyabr 2024 19:14 (UTC+04:00)

...Üçüncü ölkələrdən qaçqınların nəzarətsiz axınının davam etməsi təhlükəsi səbəbindən Rusiya ilə sərhəd bağlı qalacaq. SİA rus saytlarına istinadən xəbər verir ki, bunu Finlandiya Daxili İşlər Nazirliyinin rəhbəri Mari Rantanen bildirib.

Xatırladaq ki, Helsinki 2023-cü ilin noyabrında Rusiya sərhədini bağlayıb. Səbəb Finlandiyanın Rusiyanı günahlandırdığı üçüncü ölkələrdən qaçqınların nəzarətsiz axını olub.

Moskva bu ittihamları rədd edərək, onları Qərbin ikili standartları adlandırıb.

...Sərhəd bağlıdır və təhlükə mənzərəsi əvvəlki kimidir. Səlahiyyətlilər sərhədin yenidən açılacağı təqdirdə Rusiyanın fəaliyyətinin bərpa olunma riskinin yüksək olduğunu təxmin edir. Hazırda sərhədin açılması ilə bağlı yeni qərarlar qəbul etməyə ehtiyac yoxdur, -deyə Rantanen bildirib.

Əli Babayev