Azərbaycan millisi ilk oyununu keçirib

13 Noyabr 2024 16:05 (UTC+04:00)

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib. SİA-nın məlumatına görə, VI qrupda yer alan komanda Macarıstanla qarşılaşıb.

Rumıniyanın Tunari şəhərindəki eyniadlı stadionda baş tutan görüş rəqibin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, İlham Yadullayevin baş məşqçisi olduğu kollektiv noyabrın 16-da Yunanıstanla, bundan 3 gün sonra isə Rumıniya ilə qarşılaşacaq.