“İslam dini birbaşa olaraq həyat deməkdir“ - DİN XADİMİ

13 Noyabr 2024 14:31 (UTC+04:00)

“Dinin sənət sahəsinə müdaxilə edib-etməməsi insanın dinə baxışı ilə əlaqədardır. İnsan sekulyar təfəkkürə malikdirsə dinin hər hansı qeyri-məsələyə müdaxiləsinə imkan verməyəcək. Çünki sekulyar təfəkkür dini həyatdan təcrid edir. Bu cür təfəkkürə sahib insnalar iş və həyat tərzlərini dindən fərqləndirirlər”. Bu sözləri SİA-ya açıqlamasında din xadimi Mircəfər Əyyubov deyib.

O bildirib ki, həmin insanlar İslam dininə mənsub deyillər: “Onların düşüncəsinə görə Allah onlara hər şeyə icazə verir: “Amma İslam dininə əsasən din insan həyatının bütün sahələrini idarə edən təlimat toplusudur. İslamın psixoloji göstərişləri, əxlaqi və iqtisadi göstərişləri məhz onun həyatı üçündür.

İslam dini təhrif olunmuş din deyil ki, həyatın küncündə qalsın və yalnız çətinə düşdükdə yada düşsün. İslam dini birbaşa olaraq həyat deməkdir. Biz öldükdən sonra İslam dininin təbliğ etdiyi Allah ilə üzləşəcəyik. Bu nöqteyi nəzərdən baxdıqda İslam dini incəsənətə də, musiqiyə də müdaxilə etməlidir və edir. İnsan özünü aldadaraq, özünə qondarma din yaradır və hər şey etmək üçün azaddırsa, bu düzgün təfəkkür deyil. Çünki həqiqi İslam dini həqiqi həyat deməkdir”.