Ermənistanda 47 polis əməkdaşı narkotik istifadəsinə görə işdən çıxarılıb. SİA xəbər verir ki, bu barədə parlamentin Müdafiə və təhlükəsizlik komissiyasının sədri Andranik Köçəryan bildirib.
"Bu, çox narahatedici rəqəmdir", -o deyib.
Deputat bildirib ki, bütün hüquq-mühafizə orqanlarında xidmətə götürülən əməkdaşların testdən keçirildiklərini deyirlər, amma sonda belə rəqəmlər ortaya çıxır.