“Bir həqiqəydir ki, biz ölkə və xalq olaraq hər zaman dünyanın tək bu günü üçün deyil, gələcəyi üçün də çalışmışıq. Necə ki, bunu hazırda COP29-a ev sahibliyi etməklə bir daha nümayiş etdiririk. Lakin təəssüflər olsun ki, biz dünya qədər düşündüyümüzün heç olması yarısı qədər dünya, daha dəqiq desək Qərb özü haqqında düşünmür”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının “UNİTY Company” ərazi partiya təşkilatının sədri Fikrət Əliyev deyib.
O, qeyd edib ki, Qərbi bu gün dünyanın, insanlığın, bəşəriyyətin gələcəyi deyil, bəzi ölkələrin qaranlıq arzuları düşündürür: “Əgər belə olmasaydı bəzi Qərb ölkələrindəki bir sıra siyasətçilər, dövlət nəzarətində olan QHT-lər, yalan xəbər mediasə tərəfindən Azərbaycana qarşı aparılan qarayaxma kampaniyaları COP29 ərərfəsində daha da intensivləşməzdi. Bu da həmin qara kampaniyanın önündə gedən, belə deyək, boykotu təşviq edən dairələrin əsl mahiyyətini ortaya qoyur. Görünən odur ki, bu dairələri heç də bəşəriyyətin, insanlığın gələcəyi deyil, öz qaranlıq məqsədləri düşündürür”.
F.Əliyevin sözlərinə görə, həmin boykotu təşviq edən dairələr əllərində olan bütün alətlərdən istifadə etdilər ki, Bakıda COP29-u boykot kampaniyası başlansın: “Lakin bu qara qüvvələrin cəhdləri iflasa uğradı. Prezident İlham Əliyevin COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında bəyan etdiyi kimi COP29-un 196 ölkədən gəlmiş və qeydiyyatdan keçmiş 72 min iştirakçısı var. Onların sırasında 80 prezident, vitse-prezident və Baş nazirlər var. Beləliklə, göründüyü kimi dünya Bakıya toplaşıb”.
SƏBİNƏ