"Bizi Bakıya ətraf mühit və qlobal istiləşmə, eləcə də müstəmləkəçiliyin ətraf mühitə təsiri mövzusuna görə dəvət etdilər. Biz kiçik bir ölkəyik, biz Sakit okeanda bir adayıq, Yeni Kaledoniya, Fransız vətəndaşlığı altındayıq". Bu sözləri SİA-ya açıqlamasında Yeni Kaledoniyadan gələn Fredik Emmanuel Beti deyib.
O bildirib ki, çox yaşıl bir ölkəyik, lakin adada azalmış səth sahəsi, çoxlu CO2 emissiyası olan üç fabrikin olması səbəbindən qlobal istiləşmənin təsirlərindən də narahatıq: "Dünyanın bir neçə ölkəsi ilə mübadilədən sonra biz elementlərə və məlumatlara malik olduq ki, bundan sonra ümumilikdə ətraf mühitlə bağlı işlər görə biləcəyik.
Bizi Bakı dəvət etdi. Biz burada iştirak etdik və müxtəlif stendlərlə tanış olduq. Ölkəmiz müstəmləkəçilikdən əziyyət çəkən ölkədir. İkincisi, biz Yeni Kaledoniya üçün çox qədim ölkəyik. Biz, ümumiyyətlə, çox qocalmışıq, amma ölkəmizdə üç yeni kənd təsərrüfatı klubumuz var. Bu kənd təsərrüfatı klubları hava üçün kifayət qədər karbon qazı buraxır. Nəticədə ölkəmizin iqlimini dəyişməyə səbəb olan hallar var. Burada baş verənlərə gəlincə, ölkəmiz, məsələn, müəyyən şeyləri dəyişə bilər və ya biz birlikdə işləyə bilərik".