"Məşhurların həyatı uşaqlarımıza örnək olmalıdır. Məlumdur ki, ötən gün İstanbul Baş İdarəsi tərəfindən aparılan istintaqda saxlanılan 16 şübhəli arasında Sərdar Ortaç, aparıcı Mehmet Ali Erbil və keçmiş futbolçu Batuhan Karadeniz də daxil olmaqla 16 şübhəli həbs tələbi ilə ədliyyəyə sövq edilib". Bu sözləri SİA-ya açıqlamasında türk siyasi ekspert Hakan Aktürk həmin şəxsləri tənqid edərkən deyib.
Hakan Aktürk sözlərinə belə davam edib: "Respublika Prokurorluğu tərəfindən qeyri-qanuni bahisə təşviq edildiyi iddiası ilə məhkəmə nəzarət qərarı çıxarılıb. Sərdar Ortaç və Mehmet Ali Erbilə ev həbsi cəzası verilib. Həmçinin, 12 şübhəli həbs olunub. Bu vəziyyət türk adətlərini zədələyən bəzi məşhurların həyatını özünə örnək götürən gənclərə dərs olmalıdır.
Şübhəlilərdən Sərdar Ortaç media nümayəndələrinə bildirib: “İddialar həqiqətə uyğun deyil, amma yenə də cəmiyyətə pis nümunə göstərmişəm, ona görə də çox təəssüf edirəm”.
Müğənni qeyd edib: "Bilmirəm, qumarı necə aşağılaya bilərik, bunu millətə necə izah edə bilərik".
Əziz gənclər, həyatını diqqətlə izlədiyiniz və örnək götürdüyünüz insanlara diqqət edin. Çünki mənəvi dəyərlərini itirmiş bir nəslin sonu hüzündür. Valideynlərin vəzifəsi uşaqlarımız və gənclərimizlə maraqlanmaq, onları dinləməkdir. "Onlarla danışın, paylaşın, əks halda onların çöldə axtardıqları xoşbəxtlik sizin hamınızın sonu olacaq. Çünki bu itirilmiş gənclik bizim övladlarımızdır, lütfən, gələcəyimizi qoruyaq".
Ayşən Vəli