Azərbaycan təmsilçisi bu gün sonuncu matçını keçirəcək

13 Noyabr 2024 09:59 (UTC+04:00)

"Sabah" basketbol klubu FIBA Avropa Kubokunda bu gün sonuncu oyununu keçirəcək. SİA-nın məlumatına görə, Rimas Kurtinaytisin rəhbərlik etdiyi kollektiv G qrupunda İsveç təmsilçisi "Norrçepinq Dolfins"in qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Qeyd edək ki, "Sabah" daha əvvəl hər iki görüşdə Yunanıstanın "Marussi" kollektivinə uduzub - 70:82, 71:82. Azərbaycan komandası həmçinin qrupda keçirdiyi digər oyunlarda Belçikanın "Spiru" klubuna evdə 68:78, səfərdə 81:82, "Norrçepinq Dolfins"ə isə Bakıda 70:74 hesabı ilə yenilib.