İsrail "Hizbullah"ın tibb mərkəzini də vurdu

13 Noyabr 2024 06:57 (UTC+04:00)

İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr Livanın "Hizbullah" hərəkatına məxsus tibb mərkəzinin yerləşdiyi Beyrutun cənub kənarındakı Bir Abed bölgəsindəki binaya zərbələr endirib. SİA xəbər verir ki, bu barədə TASS mülki müdafiə xidmətindəki mənbəyə istinadla məlumat yayıb.

“Hücum İsrail komandanlığının cənub məhəllələrinin sakinlərinə göndərdiyi xəbərdarlığından beş dəqiqə sonra başlayıb”, - məlumatda deyilir.

Mənbə bildirib ki, raket "Hizbullaha" məxsus İslam tibb mərkəzinin yerləşdiyi Dar əl-Hura binasına düşüb.

O, həmçinin bildirib ki, hava hücumlarına məruz qalan Haret Horeik məhəlləsində əvvəllər bir neçə partlayış səsi eşidilib.