Gələn il Braziliyada keçiriləcək COP üçün burada müşahidələr aparırıq

12 Noyabr 2024 21:33 (UTC+04:00)

“Azərbaycanda təşkil olunan COP29-u çox bəyənirik. Burada hər şey yaxşıdır. Gələn il Braziliyada keçiriləcək COP üçün burada müşahidələr aparırıq”.

SİA-nın əldə etdiyi məlumata görə, bunu müsahibəsində Braziliyada yerli xalqların naziri Sonya Quajajara deyib.

“Biz torpaqlarımızı qorumaq, daha çox yerli torpaqların sərhədlərini müəyyən etmək, həmçinin xəstəliklərlə mübarizə aparmaq üçün buradayıq. Braziliyada həmin problemlərlə qarşılaşırıq. Biz iqlim dəyişikliyinə, yanğınlara qarşı mübarizə, qeyri-qanuni mədənçilik, meşələrin qırılması, yerli torpaqlarda işğalçılara qarşı mübarizə aparmalıyıq”, - deyə braziliyalı nazir bildirib.