"Şuşa zəngin mədəni və tarixi irsə malik şəhərdir"

12 Noyabr 2024 21:02 (UTC+04:00)

Şuşa gözəl təbiətə, çox zəngin mədəni və tarixi irsə malik şəhərdir.

SİA xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Azərbaycanda səfərdə olan Bosniya və Herseqovinanın Rəyasət Heyətinin serbiyalı üzvü Jelka Tsviyanoviç rəsmi sosial şəbəkə hesabındakı paylaşımında qeyd edib.

Sammit çərçivəsində işğaldan azad edilmiş Qarabağa səfər etdiyini vurğulayan Jelka Tsviyanoviç bildirib: “Səfərim zamanı bunu öz gözümlə görmək imkanı əldə etdiyim üçün qürur duyuram. Baş çəkdiyim görməli yerlərdən bəziləri erməni kilsəsi, yerli məscid, Qarabağda Heydər Əliyevə həsr olunmuş sərgi mərkəzi, mərkəzi meydan idi. Bu görməli yerlərin hər birinin arxasında məmnuniyyətlə dinlədiyim maraqlı bir hekayə var”.

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin serbiyalı üzvü nümayəndə heyətinin Qarabağa səfərinin təşkilinə və qonaqpərvərliyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.