Azərbaycan Ordusunun Baş Qərargah rəisi Müstəqil Dövlətlər Birliyinin (MDB) Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib. Bu barədə SİA-ya Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Rusiyada səfərdə olan Azərbaycan müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev noyabrın 12-də Moskvada keçirilən MDB-yə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib. Məlumata görə, tədbirdə hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı müzakirələr aparılıb.