Ekvador millisinin futbolçusu Marko Anqulo keçirdiyi yol qəzasından 35 gün sonra dünyasını dəyişib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, kədərli xəbəri gənc futbolçunun çıxış etdiyi LDU Quito açıqlayıb. Oktyabrın 7-də yol qəzası keçirən futbolçunu 36 günlük həyat mübarizəsindən sonra edilən bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.
Qəza zamanı avtomobildə olan digər futbolçu Roberto Kabezas da dünyasını dəyişib. Ekvador futbolunun perspektivli adlarından sayılan Anqulo, U-20 Libertadores Kubokunun çempionluğunu qazanan İndependiente del Vallenin önəmli adlarından biri idi.