Əli Əsədov Neçirvan Bərzani ilə ikitərəfli məsələləri müzakirə edib

12 Noyabr 2024 11:49 (UTC+04:00)

Azərbaycanın Baş naziri Əli Əsədov noyabrın 12-də Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi çərçivəsində İraq Kürdüstanı Regionunun başçısı Neçirvan Bərzani ilə söhbət edib. SİA xəbər verir ki, söhbət zamanı Prezident İlham Əliyev və Neçirvan Bərzani arasında keçirilən görüşlərin əhəmiyyəti vurğulanıb, bunun əlaqələrin inkişafına xidmət etdiyi bildirilib.

Azərbaycan ilə İraq Kürdüstanı Regionu arasında əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub.