Neftin qiymətləri AZALIB

12 Noyabr 2024 10:33 (UTC+04:00)

Dünya birjalarında neftin ucuzlaşması davam edir. SİA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,20 dollar azalaraq 71,63 dollar olub.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,24 dollar azalaraq 67,80 dollar təşkil edib.