Borel söz verdi

12 Noyabr 2024 08:21 (UTC+04:00)

Aİ tərəfindən Ukraynaya veriləcək 1 milyon mərminin tədarükü 2024-cü ilin sonuna qədər tamamlanacaq. SİA xəbər verir ki, Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borel Kiyevdə Vladimir Zelenski ilə görüşü zamanı bu barədə söz verib.

O, “X” platformasında da məsələ ilə bağlı paylaşım edərək Aİ-nin1 milyon mərminin tədarükü hədəfini ilin sonuna qədər yerinə yetirəcəyini bildirib.