Çin Xalq Respublikasının Baş nazirinin müavininin Azərbaycana səfəri başlayıb

12 Noyabr 2024 07:20 (UTC+04:00)

Çin Xalq Respublikasının Baş nazirinin müavini Din Süesyan BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 12-də Azərbaycan Respublikasına səfərə gəlib. SİA xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev və rəsmi şəxslər qarşılayıblar.