Putindən iki atom elektrik stansiyası ilə bağlı tapşırıq

12 Noyabr 2024 04:22 (UTC+04:00)

Rusiya Prezidenti Vladimir Putin “Rosatom” dövlət korporasiyasına Xabarovsk və Primorsk atom elektrik stansiyalarının (AES) 2032-ci ilə qədər istismara verilməsi imkanlarını öyrənməyi tapşırıb. SİA xəbər verir ki, bu barədə Kremlin saytında məlumat yerləşdirilib.

Məlumata görə, ölkə başçısı korporasiyaya 2025-ci il martın 1-dək məsələ ilə bağlı hesabat təqdim etməyi tapşırıb. Sərəncamın icrasına cavabdeh "Rosatom"un baş direktoru Aleksey Lixaçev təyin edilib.