Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Avropa Liqasının ümumi mərhələsinin 5-ci turunun Türkiyənin “Beşiktaş” və İsrailin “Makkabi Təl-Əviv” komandaları arasında keçiriləcək oyunun məkanını açıqlayıb. SİA xəbər verir ki, oyun İstanbulda keçirilməli idi, lakin yerli komanda təxribat xarakterli hərəkətlərin mümkünlüyünə görə oyunun neytral meydanda keçirilməsini tələb dib.
Qarşılaşma noyabrın 28-də Debretsendəki (Macarıstan) “Nagyerdeyi” stadionunda keçiriləcək. Yerli hakimiyyət orqanlarının qərarı ilə görüş tamaşaçısız keçiriləcək. Daha əvvəl qeyd edilmişdi ki, görüşün Bakıda da keçirilməsi ehtimalı var.