Britaniya COP29-da iddialı iqlim hədəfləri üçün səy göstərəcək - XİN

12 Noyabr 2024 06:08 (UTC+04:00)

Böyük Britaniya COP29-da iddialı iqlim hədəfləri üçün səy göstərəcək SİA xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsində COP29 ilə bağlı paylaşım edib. Paylaşımda qeyd olunub ki, təmiz enerjiyə keçid həm Britaniyada, həm də xaricdə yeni iş yerləri, iqtisadi inkişaf və enerji təhlükəsizliyi yaradacaq.

Qeyd edək ki, Birləşmiş Krallığın xarici işlər naziri Devid Lemmi Baş nazir Keir Starmerlə birgə COP29-da iştirak edir.