Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Azərbaycana səfərə gəlib

11 Noyabr 2024 23:31 (UTC+04:00)

Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol BMT-nin İqlim Dəyişmələri üzrə çərçivəsində Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.

SİA xəbər verir ki, qonaq Heydər Əliyev Beynəlxalq Aeroportunda rəsmi şəxslər tərəfindən qarşılanıb.