Danimarkanın Baş nazirinin Azərbaycana səfəri başlayıb

11 Noyabr 2024 23:20 (UTC+04:00)
Danimarkanın Baş naziri Mette Frederiksen BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.

SİA xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı mədəniyyət nazirinin müavini və digər rəsmi şəxslər qarşılayıblar.